Prezident İlham Əliyev Neftçala rayonunun Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə vəsait ayırıb. Bu barədə cümə günü dövlət başçısının saytında məlumat verilir.
37 min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Neftçala Rayon İcra Hakimiyyətinə dövlət büdcəsindən 3 mln. manat ayrılıb.
R.Babayev