Daşkəsəndə əhalini fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədilə yeni yarımstansiya tikilir.
“Filiz-saflaşdırma yarımstansiyasından asılı vəzyətdə idik. Həmin yarımstansiyada bəzi çatışmazlıqlar var idi. Yeni yarımstansiya tikiləndən sonra biz əhalini və bütün istehlakçı qrupları tam dayanıqlı enerji ilə təmin edə biləcəyik”, – deyə Daşkəsən Elektrik Şəbəkəsinin rəisi Sahib Hüseynov “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosuna bildirib.
Onun sözlərinə görə, yarımstansiyanın tikintisinə iyulun 1-dən başlanılıb və işlər avqustun əvvəlinə kimi yekunlaşmalıdır. Nəticədə 2 min nəfər fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq.
S.Hüseynov vurğulayıb ki, rayonda 8,788 min mənzil elektron tipli sayğaclarla təmin olunub.
Yay dövründə rayona gündəlik olaraq 70-80 min, qış dövründə 100-120 min kilovatt-saat elektrik enerjisi verilir.
F.Mehdiyev