Azərbaycan Silahlı Qüvvələri Ermənistan Silahlı Qüvvələrinin pilotsuz uçan aparatını məhv edib. Bu barədə Müdafiə Nazirliyinin saytında məlumat verilir.
“Cəbhənin Füzuli rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 1 ədəd DJI Inspire1 (Quadcopter) tipli pilotsuz uçan aparat (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edilib”, - deyə nazirliyin məlumatında qeyd olunur.
F.Hüseynzadə