Çərşənbə axşamı Bakıda Belarus ilə Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlığın vəziyyəti və inkişaf perspektivləri, həmçinin iki ölkənin qarşılıqlı əlaqələrinə dair digər aktual məsələlər müzakirə olunub.
“İyulun 7-də Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç diplomatik missiyasının başa çatması ilə əlaqədar Azərbaycanın baş naziri Artur Rasizadə ilə görüşüb”, - deyə Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Məlumata əsasən, “görüşdə ikitərəfli ticari-iqtisadi əməkdaşlığın vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sənaye sahəsində birgə layihələrin reallaşdırılması, həmçinin Belarus və Azərbaycan arasında qarşılıqlı əlaqələrə dair digər aktual məsələlər müzakirə olunub”.
“Tərəflər ticari-iqtisadi sahədə əvvəllər əldə olunmuş razılaşmaların reallaşdırılması istiqamətində birgə fəaliyyətin davam etdirilməsinin zəruriliyini qeyd ediblər”, - deyə Belarus XİN-in məlumatında bildirilir.