Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 8-də manatın dollara nisbətən rəsmi məzənnəsini iyulun 7-də qeydə alınmış 1,0490 manat/$1 səviyyəsinə qarşı 1,0492 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə Bakı Banklararası Valyuta Birjasının saytında məlumat verilir.
Beləliklə, manat dollara nisbətən 0,0190% ucuzlaşıb.
AMB iyulun 8-nə manatın avroya nisbətən rəsmi məzənnəsini iyulun 7-də qeydə alınmış 1,1575 manat/1EUR səviyyəsinə qarşı 1,1539 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,03110% möhkəmlənib.
İyulun 8-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsi iyulun 7-də qeydə alınmış 0,0184 manat/1RUR səviyyəsinə qarşı 0,0185 manat/1RUR səviyyəsində müəyyənləşdirilib. Beləliklə, manat rubla nisbətən 1,6043% ucuzlaşıb.
Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər ucuzlaşıb.
A.Əzizov