Azərbaycanın polis əməkdaşları narkotik maddələrin saxlanması və satışında şübhəli bilinən iki nəfəri saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə günü Abşeron Rayon Polis İdarəsindən məlumat verilib.
Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Gəncə şəhər sakinləri Nailə Həsənpur və Xaləddin Quluzadə saxlanılıb. Onların çantasından 7,234 kq marixuana aşkar edilərək götürülüb. Dindirmə zamanı saxlanılan şəxslər qeyd ediblər ki, Şəmkir rayonunda meşə massivində narkotik bitki olan çətənə kolunu toplayıb ondan marixuana istehsal edərək satmaq qərarına gəliblər.
İstintaq şöbəsində faktla bağlı Cinayət Məcəlləsinin 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddəsi ilə cinayət işi açılıb.
C.Həmidov