Azərbaycanın hüquq-mühafizə orqanları respublikanın şimal-qərb və qərb regionlarında çoxlu sayda yabanı halda bitmiş narkotik bitki aşkar ediblər. Bu barədə çərşənbə günü “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşları şəhər ərazisində çəkisi 620 kiloqram olan 554 ədəd, Ağdaş RPŞ əməkdaşları isə Mürsəl kəndi ərazisində çəkisi 2,37 ton olan 8014 ədəd yabanı halda bitmiş çətənə kolu aşkar ediblər.
Bundan başqa, Zaqatala RPŞ əməkdaşları Yengiyan kəndi ərazisində çəkisi 8,625 ton olan 5750 ədəd çətənə kolu aşkar ediblər.
Narkotik bitkilər toplanaraq məhv edilib.
C.Həmidov