“Wikileaks”in saytında dərc edilmiş sənədlərə əsasən, ABŞ Milli Təhlükəsizlik Agentliyi bir neçə onillik ərzində Almaniyanın yüksək rütbəli məmurlarını izləyib, onların arasında 3 kansler də olub.
BBC agentliyinin məlumatına görə, “Wikileaks”də dərc olunmuş sənədlərə əsasən, MTA əməkdaşları hazırkı kansler Angela Merkelin köməkçiləri və onun 2 sələfi - Gerhard Şröder və Helmut Kolun telefon danışıqlarını dinləyiblər.
Almaniya höküməti bəyan edib ki, internetdə yayılmış məlumatı yoxlayırlar.
Bundan əvvəl mətbuatda MTA əməkdaşları tərəfindən Merkelin telefon danışıqlarının dinlənilməsinə dair məlumat yayılmışdı. Lakin indiyədək digər kanslerlərin izlənilməsi barədə məlumat verilmirdi.
O vaxtdan etibarən iki ölkənin xüsusi xidmət orqanları arasında münasibətlər gərginləşib. Eyni zamanda, bu yaxınlarda Almaniyada telefon danışıqlarının dinlənilməsi ilə bağlı iş dəlillər çatışmadığına görə bağlanıb.