2015-ci ilin birinci yarısında Bakıda “ASAN xidmət” mərkəzlərinə qaz təchizatı məsələləri ilə bağlı müraciətlərin sayı 31,957 min təşkil edib. Bu barədə SOCAR-ın saytında məlumat verilir.
“Birinci yarımillikdə Bakı şəhərindəki 1, 2, 3 və 4 saylı “ASAN xidmət” mərkəzlərinə “smart” tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsi, müraciətlərdən asılı olaraq “Azəriqaz” İB-nin müvafiq strukturlarından tələb olunan məlumatların əldə olunması və bu məlumatlar əsasında abonentlərə xidmətlərin göstərilməsi ilə bağlı 31,957 min müraciət daxil olub. Müraciətlərin hamısı tam icra edilib”, - deyə məlumatda qeyd olunur.
“Azəriqaz” istehlakçılara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə fəaliyyətini gələcəkdə də davam etdirməyi planlaşdırır.
A.Əzizov