Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) Azərbaycanda məhkəmə qanunvericiliyinin inkişafına ciddi töhfə verib. Bu barədə Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel bəyan edib.
“Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və GİZ Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın himayəsi altında bu vacib layihəni həyata keçirmək üçün səylərini birləşdiriblər”, - deyə H.Tempel cümə axşamı Bakıda keçirilən “Dövlət idarəçiliyi islahatları müddətində potensial quruculuğu” mövzusunda beynəlxalq konfransda bəyan edib.
Onun sözlərinə görə, GİZ bu prqramda fəal iştirak edir, struktur xüsusilə “Azərbaycanda məhkəmə qanunverilciliyinin inkişafına, həm də bu sahədə inzibati idarəçilik və islahatlar sahəsində qanunvericiliyə kifayət qədər ciddi töhfə verib”.
Diplomat qeyd edib ki, səmərəli dövlət idarəçiliyi üçün təcrübə mübadiləsi aparmaq, standart və meyarları müəyyən etmək lazımdır.
“Səmərəli və ya məqsədəuyğun dövlət idarəçiliyi məsələləri Almaniya hökumətinin gündəliyində ayrıca durur. Hökumət təmsilçiləri olaraq yaxşı anlayırıq ki, həmin çağırışlar burada da var. Biz riayət edəcəyimiz standart və meyarları müəyyən etmək üçün təcrübə mübadiləsi aparmalıyıq”, - deyə o vurğulayıb.
F.İsazadə