Mərkəzi Seçki Komissiyası (MSK) 2014-cü ilin yekunları üzrə illik maliyyə hesabatlarını MSK-ya təqdim etməyən 12 siyasi partiya ilə əlaqədar Ədliyyə Nazirliyinə müraciət edib.
“Azərbaycanda fəaliyyət göstərən 55 siyasi partiyadan yalnız 43-ü 2014-cü il üzrə maliyyə hesabatlarını MSK-ya təqdim edib”, - deyə “İnterfaks-Azərbaycan” agentliyinə MSK-dan məlumat verilib.
MSK-nın mayın 15-də keçirilmiş iclasında siyasi partiyaların maliyyə hesabatlarının təqdim edilməsi barədə Təlimat təsdiq edilib.
Təlimatın əsas məqsədi Seçki Məcəlləsinə edilən dəyişikliklərlə əlaqədar MSK ilə siyasi partiyalar arasında münasibətlərin tənzimlənməsidir.
Qüvvədə olan qanunvericiliyə əsasən, siyasi partiyalar hər il 1 aprel tarixindən gec olmayaraq illik maliyyə hesabatlarını MSK-ya təqdim etməlidirlər.
R.Babayev