Ötən yarımillik ərzində Azərbaycanda 330-dan artıq qida zəhərlənməsi hadisəsi qeydə alınıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ötən 6 ay ərzində 331 qida zəhərlənməsi hadisəsi baş verib, bu isə ilin müvafiq dövrü ilə müqayisədə 36,5% (521 hadisə) azdır.
Ötən il zəhərlənmə zamanı zərərçəkənlərin sayı 577 nəfər təşkil edib, bu il həmin göstərici 418 nəfərə qədər azalıb (27,7%). Həmçinin müvafiq dövrdə botulizm xəstəliyi ilə bağlı hadisələrin sayı 17-dən 14-dək azalıb.
Botulizm xəstəliyinin başvermə səbəbləri ev şəraitində konservləşdirilmiş məhsullar olub. Digər zəhərlənmələrə səbəb isə məişət şəraitində hazırlanmış kulinariya məhsulları, kremli tortlar, müxtəlif salatlar və digər məhsullar olub.
A.Zeydullayeva