Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 2015-ci ilin birinci yarısında 48 nəfər gözdən əlil şəxsi peşə hazırlığı kurslarına cəlb edib. Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verib.
Həmin şəxslərin yarısı xüsusi vasitələrlə ingilis dili üzrə peşə təlimi keçiblər. Qalan 24 nəfər gözdən əlil şəxsə isə brayl sistemi əsasında ofis proqramları üzrə kompüter istifadəçisi peşəsi öyrədilib.
R.Babayev