Azərbaycan uğurla keçirilən I Avropa Oyunları sayəsində dünya ictimaiyyətinə idman ölkəsi kimi tanındı. Bu barədə təhsil naziri Mikayıl Cabbarov Avropa Oyunlarının idmançıları olan idman məktəblərinin məzunları ilə görüşdə çıxışı zamanı bəyan edib.
“İdman yarışlarında uğurla çıxış edən idmançılar arasında Təhsil Nazirliyinin tədris müəssisələrini təmsil edənlərin olduğunu bilmək xoşdur”, - deyə nazir bildirib.
Nazir, həmçinin Oyunlar zamanı könüllülərin fəaliyyətini yüksək qiymətləndirib, ölkədə könüllülük hərəkatının əhəmiyyətini vurğulayıb və idmanın məktəblilər və tələbələr arasında təbliğatının vacibliyini qeyd edib. “14 mindən artıq könüllü respublikanın 17 ali məktəb və 15 kollecinin tələbələri olub”, - deyə M.Cabbarov qeyd edib.
“Bakıda keçirilən Avropa Oyunlarını nəzərə alaraq dekabrın 5-də - Beynəlxalq Könüllülər Günündə Respublika könüllülər forumunun keçirilməsinə dair qərar qəbul edilib”, - deyə nazir bildirib.
M.Cabbarov vurğulayıb ki, Azərbaycanda könüllülər hərəkatının inkişafı istiqamətində hərtərəfli dəstək göstərmək lazımdır.
Nazir məlumat verib ki, Avropa Oyunlarında Azərbaycan idmançıları arasında 24 nəfər Təhsil Nazirliyinin uşaq və gənclər idman məktəblərini təmsil edib. Onların arasında yalnız məzunlar deyil, müəllimlər də olub.
Tədbirdə, həmçinin qeyd edilib ki, onlar 7 idman növündə - atletika, akrobatika, gimnastika, badminton, qılıncoynatma, sambo, sərbəst güləş və stolüstü tennis növləri üzrə çıxış ediblər.
A.Zeydullayeva