Avstriya İranın nüvə proqramı üzrə sazişin imzalanması mərasiminə hazırlıq işlərini başa çatdırıb.
İmzalanma mərasimi bu gün baş tuta bilər.
Xəbər verildiyi kimi, imzalanma mərasimi “Koburq” otelində və BMT-nin Vyanadakı mənzil-qərargahında keçirilə bilər. Artıq oteldə bunun üçün xüsusi otaq hazırlanıb.
Mərasimin BMT-nin mənzil-qərargahında keçiriləcəyi təqdirdə XİN başçıları jurnalistlərin suallarına cavab vermək üçün qonşuluqda yerləşən sərgi salonuna keçəcəklər.