Silahlı Qüvvələrimizin nümayəndələri iyulun 13-dən avqustun 9-dək Türkiyənin İstanbul şəhərində "Açıq dəniz təlimi"ndə iştirak edəcəklər. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir.
Həmçinin azərbaycanlı hərbçilər iyulun 13-dən 17-dək Almaniyanın Oberamerqau şəhərində "Kiçik, yüngül silahlar və minalarla bağlı fəaliyyətlər" kursuna qatılacaqlar.
R.Babayev