Vyanada İran və “altılıq” arasında bu ölkənin nüvə probleminə dair ekspertlər səviyyəsində danışıqların iştirakçıları gələcək sazişin texniki detalları üzərində işi başa çatdırıblar. Bu barədə bazar ertəsi İRNA agentliyi İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehiyə istinadən məlumat verir.
Onun sözlərinə görə, daha öncə Lozannada əldə edilmiş razılaşmalar bu danışıqlar üçün baza rolunu oynayıb. İranlı ekspertlər atom sahəsində fəaliyyətlərinə bir sıra məhdudiyyətlərin qoyulmasına razılıq veriblər, digər tərədən isə onlar bu məhdudiyyətlərin qeyd olunan sahədə işi ləngitməməsinə dair razılıq əldə etməyə nail olublar.
“Salehi qeyd edib ki, bütün texniki məsələlər razılaşdırılıb. O əlavə edib ki, tərəflər hələ tərtib edilmiş sənədin mətnini öyrənməlidirlər”,- deyə İRNA qeyd edib.