Yaponiya hökuməti Göyçay rayonunun kəndlərindən birində tibb məntəqəsinin tikintisi layihəsini maliyyələşdirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Yaponiyanın Bakıdakı səfirliyindən məlumat verilib.
Müvafiq sənəd 2014-cü il sentyabrın 27-də Azərbaycanın Yaponiyadakı səfirliyi ilə “Yerli İdarəetməyəYardım” İctimai Birliyi arasında imzalanıb.
Layihə Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində həyata keçirilib.
Layihənin dəyəri $103,077 min təşkil edir. Bu, artıq Göyçay rayonunda bu proqram çərçivəsində həyata keçirilən beşinci layihədir.
Ümumilikdə Azərbaycanda “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqram çərçivəsində təhsil, səhiyyə, ekologiya, kənd təsərrüfatı və mədəniyyət sahələrində ümumi dəyəri $17 mln. 133,475 min təşkil edən 201 layihə həyata keçirilib.
A.Zeydullayeva