Bakı polisləri külli miqdarda narkotik maddənin satışının qarşısını alıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Xətai Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə şöbəsinin əməkdaşları daxil olmuş operativ məlumat əsasında Ağcabədi rayon sakini, əvvəllər məhkum edilmiş Elçin Əliyevi saxlayıblar. Ona məxsus çantadan 19,360 kq marixuana aşkarlanıb.
Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
C. Həmidov