Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının simfonik-estrada orkestrinin bədii rəhbəri, əməkdar incəsənət xadimi Salman Qəmbərov Niderlandın paytaxtı Amsterdamda keçiriləcək "Bimhuis Morgenland" musiqi festivalına dəvət alıb. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
İyulun 16-dan 18-dək keçiriləcək musiqi festivalında musiqiçilər dünya bəstəkarlarının müxtəlif əsərlərindən ibarət kompozisiya nömrələri ilə çıxış edəcəklər. Festival çərçivəsində türk xalq musiqisi də səsləndiriləcək.
Festivalda həmyerlimizi Türkiyədən olan vokal ifaçısı Aynur Doğan, kamançada Kayhan Kalhor, tənburda Cəmil Qoçgiri (İran) müşayiət edəcək. Festival çərçivəsində bir sıra türk xalq musiqilərinin də ifa ediləcəyi gözlənilir.
Bundan əlavə, sənətkar almaniyalı pianoçu Florian Veberlə duet səsləndirəcək.
Festivalın "Morgenland All Stor Bend" adlı üçüncü hissəsində Salman Qəmbərov özünün "Dastan" kompozisiyasını ifa edəcək
A.Zeydullayeva