Azərbaycan prezidenti İlham Əliyev çərşınbə axşamı Bakının Nizami rayonunda Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Mərkəzin ikimərtəbəli binasının ümumi sahəsi 5,6 min kvadratmetrdir. Burada 9 dövlət orqanı (Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sosial Müdafiə Fondu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Milli Arxiv İdarəsi) tərəfindən 30 növ xidmət göstərilir. Eyni zamanda, mərkəzdə 30 növ funksional yardımçı, o cümlədən bank və sığorta xidmətləri təşkil edilib. Burada hüquqi yardım, tərcümə, tibb, laboratoriya, arxiv, təlim, istirahət, ana-uşaq, UNICEF, könüllülər və fotoçəkiliş otaqları, kitabxana, kafe, uşaq əyləncə mərkəzi var.
Dövlət başçısı mərkəzdə yaradılmış şəraitdən razılığını bildirib.
Y.Əliyev