İranın nüvə proqramı üzrə razılaşma beynəlxalq münasibətlərdə yeni səhifə aça və diplomatiyanın 10 illik qarşıdurmaya qalib gələ biləcəyini göstərə bilər. Bu sözləri Avropa İttifaqı diplomatiyasının rəhbəri Federika Moqerini Vyanada “altılıq”la İran arasında keçirilən plenar iclası açarkən bildirib.
“Biz hamımız bilirik ki, bu gün qəbul edəcəyimiz qərar yalnız İranın nüvə proqramına aid olmayıb, daha geniş məna daşıyacaq. Bu qərar beynəlxalq münasibətlərdə yeni səhifə aça bilər və göstərər ki, diplomatiya, koordinasiya, kooperasiya onillik gərginlik və qarşıdurmaya son qoya bilər. Mən hesab edirəm ki, bu, bütün dünya üçün ümid simvoludur”,- deyə F.Moqerini qeyd edib.
O, bütün iştirakçılara göstərdikləri səylərə görə təşəkkür edib.