Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) 2015-ci ilin I yarısında 106 min daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququnu qeydiyyata alıb. Bu barədə komitənin məlumatında bildirilir.
Məlumata əsasən, ilin I yarısında hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 65 mindən çox yüklülük (məhdudiyyət) arayışı verilib ki, bunun da 49 minə yaxını onlayn üsulla həyata keçirilib.
2015-ci ilin yanvar-iyun ayları ərzində 69 mindən çox daşınmaz əmlaka dair texniki inventarlaşdırılma və çöl-ölçmə işləri aparılıb və texniki sənədlər tərtib edilib.
2015-ci ilin yanvar-iyun aylarında 355 kiçik dövlət müəssisə və obyekti, 222 obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib. Keçirilmiş 25 pul hərracında 14 səhmdar cəmiyyətin səhmləri özəlləşdirilib. Ötən dövr ərzində 224 qeyri-yaşayış sahəsi və 162 torpaq sahəsi icarəyə verilib.
A.Əzizov