SOCAR (Azərbaycan Dövlət Neft Şirkətinin) rəhbərliyi “Neftçi” İdman Klubunun I Avropa Oyunlarında qalib gəlmiş və mükafat qazanmış idmançıları ilə görüş keçirib. Bu barədə “ İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verir.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev görüşdə iştirak edən idmançılara və onların məşqçilərinə təşəkkür edərək, onların 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında böyük uğurlar qazanacağına ümidvar olduğunu bildirib.
R.Abdullayev deyib ki, I Avropa Oyunlarında “ Neftçi” İdman Klubunu təmsil edən 79 idmançıdan 6-sı qızıl, 5-i gümüş, 5-i isə bürünc medal qazanıb.
Görüş zamanı idmançılara və onların məşqçilərinə hədiyyələr və pul mükafatları təqdim edilib.
Azərbaycanda I Avropa Oyunları iyunun 12-28-də keçirilib.
A.Axundov