2015-ci ilin birinci yarısında Azərbaycanda ÜDM-in nominal həcmi 26,3 mlrd. manat, artım 5,7% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycanın neft sektorunda ÜDM 1,3% artıb.
DSK-nın məlumatına əsasən, yanvar-iyun aylarında qeyri-neft sektorunda ÜDM-in artımı 9,2%, xüsusi çəki 66,9% təşkil edib.
2015-ci ilin birinci yarısında ÜDM-in strukturunda sənayenin payı 36%, tikintinin - 12,5%, kənd təsərrüfatının - 5,6%, xidmətlərin - 37,5% təşkil edib, qalanı digər sahələrin payına düşüb.
ÜDM-də vergilərin payı 8,4% olub.
Azərbaycan hökuməti 2015-ci ildə ÜDM-in 4,4% səviyyəsində artımını proqnozlaşdırır.
2014-cü ildə Azərbaycanda ÜDM 2,8% artıb.
A.Əzizov