2015-ci ilin iyun ayında Azərbaycanda deflyasiya may ayı ilə müqayisədə 1,1% təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
2015-ci ilin iyun ayında ərzaq məhsullarının qiymətləri 2,7% ucuzlaşıb, qeyri-ərzaq mallarının, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə dəyişməz qalıb.
Statistik məlumatlara əsasən, iyun ayında ərzaq malları qrupu üzrə buğda ununun, balıq məhsullarının, mal və qoyun ətinin, günəbaxan yağının, şəkər tozunun, bananın, alçanın, çiyələyin, gilasın, xiyarın, pomidorun, şirin bibərin, göyərtinin, kartofun, soğanın, sarımsağın, kələmin, kökün qiymətlərində ucuzlaşma qeydə alınıb.
Ötən ay yumru düyünün, yumurtanın, limonun, almanın, spirtli içkilərin, şabalıdın qiymətlərində bahalaşma müşahidə olunub.
A.Əzizov