ABŞ prezidenti postuna iddia edən Hillari Klinton bildirib ki, əgər o, dövlət başçısı seçilərsə, İran heç bir zaman nüvə silahına malik ola bilməyəcək. Bu barədə çərşənbə günü Amerika KİV-ləri məlumat verir.
“Mən prezident postunda əlimizdə olan bütün alətlərdən istifadə edərək iranlıları qoyulan şərtlərə (“altılıq”la əıldə edilmiş sazişin - İF) əməl etməyə məcbur edəcəm”, - deyə H. Klintonun bəyanatında bildirilir.
“İrana siqnal yüksək və aydın şəkildə verilməlidir. Biz heç bir zaman, nə bu saziş müddətində, nə də daha sonra sizə nüvə silahı əldə etməyə imkan verməyəcəyik”,- deyə ABŞ-ın sabiq dövlət katibi qeyd edib.
İyulun 14-də Vyanada “altılıq”la İran arasında imzalanmış sənəd barədə danışan H.Klinton bildirib: “Enerji üzrə icbari tədbirlər, amansız yoxlamalar şəraitində bu saziş ABŞ, İsrail və ərəb tərəfdaşlarımızın təhlükəsizliyini möhkəmləndirə bilər.