2015-ci ilin I yarısında Azərbaycanda 2 mlrd. 648,6 mln. manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 7,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə heyvandarlıq məhsullarının istehsal həcmi 2,6% artıb. Bundan başqa, 225,1 min ton ət (artım 2%), 963,7 min ton süd (artım 3,7%), 779,4 mln. ədəd yumurta (artım 1,4%) və 15,3 min ton yun (artım 2,1%) istehsal edilib.
2015-ci ilin yanvar-iyun aylarında bitkiçilik məhsullarının istehsalı 14% artıb.
İyunun 24-nə Azərbaycanda 362,1 min hektar sahədə yazlıq bitkilər əkilib.
2015-ci ilin yanvar-iyun aylarında respublikada 382,9 min ton tərəvəz (artım 10,7%), 288,7 min ton kartof (artım 11,8%), 93,1 min ton meyvə və giləmeyvə (artım 2,6%), 273,4 ton yaşıl çay (artım 18,7%), 76,5 ton tütün yarpağı (artım 30,5%) yığılıb.
İyulun 1-nə 2,1 mln. ton dənli bitki (qarğıdalı da daxil olmaqla) toplanıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 18% çoxdur.
A.Axundov