2015-ci ilin I yarısında Azərbaycanda tikinti materiallarının istehsal həcmi 234,7 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 19,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, hesabat dövründə respublikada 1 mln. 393,4 min ton sement (artım 0,6%), 92,2 min ton tikinti gipsi (artım 1,3%), 8,4 min kubmetr beton konstruksiya (azalma 47,2%), 196,5 min ton asfalt (artım 31,2%) istehsal olunub.
Bundan başqa, 2015-ci ilin yanvar-iyun aylarında 6,179 min ton işlənmiş mərmər, əhəng daşı, alebastr və onlardan hazırlanmış məmulatlar (artım 3,5 dəfə), 122 min kubmetr tikinti kərpici (azalma 5,5%), 521,3 min ton hazır beton qarışığı (azalma 28,5%) istehsal edilib.
A.Axundov