Yunanıstan parlamentinin deputatları sərt qənaət tədbirləri paketinin qəbul edilməsinin lehinə səs veriblər.Bunu Avrozona ölkələrindən olan kreditorlar yardım paketinin ayrılmasının ilkin şərti kimi tələb ediblər.
Britaniyanın BBC teleradio yayım korporasiyasının cümə axşamı verdiyi məlumata görə, Kreditorlar Yunanıstan parlamentindən bazar ertəsi səhər aparılmış danışıqlardan sonra əldə olunmuş sazişi çərşənbə günündən gec olmayaraq ratifikasiya etməyi tələb ediblər.
Səsvermədən öncə parlamentdə uzun sürən debatlar və küçələrdə etiraz aksiyaları keçirilib.
Hakim “Siriza” partiyasını təmsil edən bəzi deputatlar, o cümlədən kreditorlarla razılıq əldə edilməzdən bir qədər əvvəl maliyyə naziri postunu tərk etmiş Yanis Varufakis sazişin əleyhinə səs veriblər.