Dövlət Gömrük Komitəsi (DGK) 2015-ci ilin birinci yarısında dövlət büdcəsinə 765 mln. 337,34 min manat məbləğində vergi və rüsum köçürüb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 4,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
2015-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 498 mln. 457,96 min manat, aksizlər üzrə 41 mln. 468,98 min manat, yol vergisi üzrə 9 mln. 535,99 min manat təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 215 mln. 874,41 min manat məbləğində olub.
2015-ci ildə DGK-nın xətti ilə dövlət büdcəsinə daxilolmalar 1 mlrd. 590 mln. manat həcmində proqnozlaşdırılır.
A.Axundov