2015-ci ilin I yarısında Azərbaycanın xarici ticarətdə müsbət saldosu $1 mlrd. 532 mln. 883,28 min təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4,6 dəfə azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib
DGK-nın məlumatına əsasən, hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsi $10 mlrd. 930 mln. 127,78 min (azalma 28,94%) təşkil edib.
Bununla yanaşı, ixracın həcmi $6 mlrd. 231 mln. 505,53 min, idxalın həcmi $4 mlrd. 698 mln. 622,25 min təşkil edib. 2014-cü ilin yanvar-iyun aylarının göstəricisi ilə müqayisədə ixracın həcmi 44,59% azalıb, idxalın həcmi 13,64% artıb.
İxracın strukturunda 76,7% neftin, 6,83% neft məhsullarının, 2,31% təbii qazın, 2,01% meyvə-tərəvəz məhsullarının, 0,13% çayın, 1,26% bitki və heyvan mənşəli yağların, 1,58% qəndin, 0,18% spirtli və spirtsiz məhsulların, 1,01% kimya məhsullarının, 0,94% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 0,12% işlənməmiş gön (təbii xəzdən başqa) və dərinin, 0,18% qara metal və ondan hazırlanan məmulatların, 0,7% alüminium və ondan hazırlanan məmulatların, 6,05% digər məhsulların payına düşüb.
İdxal məhsullarının strukturunda 11,2% ərzaq məhsullarının, 3,28% tütün və tütün məhsullarının, 0,42% sementin, 1,42% neft məhsullarının, 2,8% əczaçılıq məhsullarının, 2,24% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,76% odun və agac məhsullarının, 17,26% qara metal və ondan hazırlanan məmulatların, 21,46% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 19,99% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 1,27% mebelin, 15,88% digər məhsullarınpayına düşüb.
2015-ci ilin yanvar-iyun aylarında xarici ticarət əməliyyatlarında 2,803 min özəl və dövlət müəssisəsi və 2,02 min fiziki şəxs iştirak edib.
Həmin dövrdə Azərbaycan dünyanın 138 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.
Cari ilin yanvar-iyun aylarında Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 21,23%-i), Almaniya (12,35%), Fransa (6,59%) və İsrail (6,18%), əsas idxal əməliyyatlarını isə Rusiya (16,55%), Türkiyə (12,75%), ABŞ (12,62%), Almaniya (8,15%) və Yaponiya (6,33%) ilə həyata keçirib.
A.Axundov