Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Azərbaycan xalqını qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib. Bu barədə cümə axşamı QMİ-nin mətbuat xidməti məlumat verir.
“Dünya müsəlmanlarının əziz günü - Mübarək Ramazan bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allahdan oruc və namazlarınızın qəbul, dualarınızın müstəcab olmasını diləyirəm”, - deyə A.Paşazadənin təbrik məktubunda deyilir.
Bundan başqa, şeyx müraciətində Allahdan işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsini, dövlətçiliyin davamlı olaraq tərəqqisini, Azərbaycanın dünya birliyində mövqe və nüfuzunun daha da möhkəmlənməsini diləyib.
F.İsazadə