SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Kompleks Qazma İşləri Tresti “Çilov” yatağında yeni quyuda qazma işlərinə başlayıb. Bu barədə SOCAR-ın məlumatında deyilir.
114 nömrəli quyu 112 nömrəli özüldən qazılır. Quyunun layihə dərinliyi 1,45 min metr təşkil edir. Quyu Qala Lay Dəstəsinə qazılacaq.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 5 ton neft hasil olunacağı proqnozlaşdırılır.
Xəbər verildiyi kimi, şirkət 2014-cü ilin avqust ayında 112 nömrəli dəniz özülünün tikintisini başa çatdırıb. Özül 10 ədəd istismar quyusunun qazılması üçün nəzərdə tutulub.
“Çilov” yatağı Xəzər dənizindəki Çilov adasında yerləşir. SOCAR tərəfindən yatağın sənaye üsulu ilə işlənməsi 1952-ci ildən həyata keçirilir.
A.Əzizov