Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üzrə üçüncü Dövlət Proqramı çərçivəsində Lənkəran rayonunun 3 kəndinə yenidən qaz verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“Qazın verilməsi mərasimində SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyinin, rayon İcra Hakimiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər
Beləliklə, 937 abonenti olan Vilvan, 549 abonenti olan Xolmilli və 219 abonenti olan Vel kəndlərində qaz sayğacları və fərdi tənzimləyicilər quraşdırılıb.
K.Qənbərova