2015-ci ilin yanvar-iyun aylarında Azərbaycanın rabitə və poçt müəssisələrinin gəlirləri ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 10,7% - 771,8 mln. manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Xidmətlərin 72,5%-nin istifadəçiləri fiziki şəxslər olub, onlara 559,5 mln. manat məbləğində (artım 7%) xidmət göstərilib.
2015-ci ilin yanvar-iyun aylarında rabitə xidmətlərinin ümumi həcminin 55,1%-i və ya 425,4 mln. manat (azalma 3,1%) ölkədə fəaliyyət göstərən 3 mobil rabitə operatoru – “Azercell Telecom”, “Bakcell” və “Azerfon” tərəfindən göstərilən mobil rabitə xidmətlərinin payına düşüb.
A.Əzizov