SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi 2015-ci ilin I yarısında 137,123 min mənzildə qaz xətləri və qurğularına texniki baxış keçirib və profilaktik işlər aparıb. Bu barədə şirkətin məlumatında deyilir.
Bununla yanaşı, “Azəriqaz”ın əməkdaşları istehlakçılara təbii qazdan istifadə qaydaları ilə bağlı təlimatlar veriblər.
A.Axundov