Azərbayanın tanınmış muğam ifaçıları - xalq artisti Alim Qasımov və qızı, əməkdar artist Fərqanə Qasımova Polşada keçiriləcək "Jarocin 2015" musiqi festivalında çıxış edəcəklər. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
İyulun 18-də festival çərçivəsində A.Qasımov və F.Qasımovanın Polşanın "Vovo" musiqi qrupu ilə birgə çıxışı olacaq.
Azərbaycanın muğam ifaçıları "Vovo" qrupu ilə duet şəklində iki mahnı oxuyacaqlar. Hər iki mahnı qrupun son diskində yer alıb. Bu səbəbdən qrupun solistləri A.Qasımovla bu mahnıları festivalda canlı ifa etmək istəyiblər.
A.Qasımovun növbəti xarici səfəri avqust ayının sonuna Malayziyaya planlaşdırılıb.
A.Zeydullayeva