Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 21-də manatın dollara nisbətən rəsmi məzənnəsini iyulun 16-da qeydə alınmış 1,0495 manat/$1 səviyyəsinə qarşı 1,0499 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə Bakı Banklararası Valyuta Birjasının saytında məlumat verilir.
Beləliklə, manat dollara nisbətən 0,0381% ucuzlaşıb.
AMB iyulun 21-nə manatın avroya nisbətən rəsmi məzənnəsini iyulun 16-da qeydə alınmış 1,1477 manat/1EUR səviyyəsinə qarşı 1,1365 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,9758% möhkəmlənib
İyulun 21-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsi iyulun 16-da qeydə alınmış 0,0184 manat/1RUR səviyyəsinə qarşı 0,0185 manat/1RUR səviyyəsində müəyyənləşdirilib. Beləliklə, manat rubla nisbətən 0,5434% ucuzlaşıb.
Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər ucuzlaşıb.
A.Əzizov