Nikoyl” İnvestisiya Kommersiya Bankı $5 mln. məbləğində istiqrazın emissiyasını planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Fond Birjasından (BFB) məlumat verilib.
Xəbər verildiyi kimi, istiqrazların emissiya həcmi $5 mln. təşkil edəcək. Emissiya bir qiymətli kağızın nominal dəyəri $1 min manat olan 5 min ədəd istiqraza bölünüb.
İstiqrazların illik gəlirliliyi 9,5% təşkil edəcək. Faizlərin ödənişi 3 ayda bir dəfə həyata keçiriləcək.
İstiqrazların yerləşdirilməsində anderrayter rolunda “AzFinance İnvest” MMC çıxış edəcək.
“Nikoil” İKB 1994-cü ildən Azərbaycanda fəaliyyət göstərir. “Nikoil” İKB-nin səhmdarları “Topaz Investment”, “Nikoyl” SC, “Uralsib-İnvest” MMC və “ISR Holding”dir.
A. Əzizov