İyulun 22-də Tərtər rayonu ərazisində qoşunların təmas xəttində ATƏT-in növbəti monitorinqi keçiriləcək. Bu barədə Müdafiə Nazirliyinin saytında məlumat verilir.
Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Saymon Tiller, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle keçirəcəklər.
Y.Əliyev