“Azərbaycan Dəmir Yolları” (ADY) QSC dəmir yolları üçün yoldəyişən qurğuların alınması üzrə tender elan edib.
Elana əsasən, tenderdə texniki və maliyyə imkanlarına malik şirkətlər iştirak edə bilərlər.
Tenderin şərtlərinə əsasən, yoldəyişən qurğuların tədarük müddəti 2018-ci ilin sonunda başa çatacaq.
Tender üzrə təkliflər avqustun 14-nə qədər qəbul ediləcək. Təkliflər paketi avqustun 18-də açılacaq.
Tenderdə iştirak haqqı 500 manatdır.
A.Əzizov