Azərbaycanın şimal-qərb regionunda narkotik bitkilər becərməkdə şübhəli bilinən iki qardaş saxlanılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə axşamı Daxili İşlər Nazirliyindən məlumat verilib.
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları Car kənd sakinləri İslam və Əhməd İbrahimovları saxlayıblar. Alınmış məlumata əsasən, İbrahimov qardaşları meşə massivində narkotik bitki plantasiyası salıblar. Əməliyyat zamanı ümumi çəkisi 3,22 ton təşkil edən 358 ədəd çətənə kolu məhv edilib.
Bundan başqa, Saatlı RPŞ əməkdaşları əvvəllər məhkum edilmiş Sahibəli Rüstəmovu saxlayıblar. Onun Qaranuru kəndində yerləşən evinin həyətində ümumi çəkisi 30,5 kq olan 93 ədəd çətənə kolu, evindən isə 1,56 kq marixuana aşkarlanıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin 237.2.3-cü (qanunsuz olaraqkülli miqdarda tərkibindənarkotikmaddələr olan bitkiləri kultivasiya etmə) maddəsi ilə cinayət işi açılıb.
C.Həmidov