Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) əcnəbi tələbələri London Universitetinin diplomlarını alacaqlar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
ADİU-nun əcnəbi tələbələribu ali məktəblə London Universitetinin ikili diplom proqramına qoşulmaq imkanı qazanacaqlar. Bununla da əcnəbi tələbələr ADİU ilə bərabər London Universitetinin də bakalavr diplomunu əldə edə biləcəklər.
Proqramda iştirak edəcək əcnəbi tələbələr London Universitetinin tədris proqramı əsasında təhsil alacaq və nüfuzlu təhsil ocağının tədris resurslarından istifadə edə biləcəklər.
Tələbələr təhsil aldıqları müddətdə London İqtisadiyyat Məktəbinin Londonda yerləşən kampusunda fəaliyyət göstərən Yay Məktəbində iştirak etmək imkanı da qazanacaqlar.
A.Zeydullayeva