2015-ci ilin I yarısında Azərbaycan əhalisi ticarət obyektlərindən 11 mlrd. 962,5 mln. manatlıq istehlak malları alıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 13,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Komitənin məlumatına görə, hesabat dövrü ərzində əhali ticarət obyektlərindən 5 mlrd. 924,9 mln. manatlıq ərzaq (2014-cü ilin yanvar-iyun ayları ilə müqayisədə artım 9,6%), 6 mlrd. 37,6 mln. manatlıq qeyri-ərzaq malları (artım 18,4%) alıb.
2015-ci ilin I yarısında Azərbaycan əhalisinə 3 mlrd. 202,5 mln. manat məbləğində xidmət göstərilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 6% çoxdur. Bununla yanaşı, bütün xidmətlərin 73,8%-i və ya 2 mlrd. 363,4 mln. manatlıq (artım 4,4%) xidmət hüquqi şəxslər tərəfindən göstərilib.
A.Əzizov