Azərbaycan prezidenti İlham Əliyev milli maraqların qorunması sahəsində yerli kütləvi informasiya vasitələrinin rolunu yüksək qiymətləndirir.
“Bu gün Azərbaycan mətbuatı yüksək səviyyədədir. Operativlik və milli maraqların qorunması nöqteyi-nəzərindən mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm”, - deyə İ.Əliyev çərşənbə axşamı Mətbuat Şurasınınİdarə Heyətinin üzvləri ilə görüşdə bildirib.
O qeyd edib ki, olduğu ölkədən asılı olmayaraq KİV insanları obyektiv informasiya ilə təmin etməlidir.
“Əlbəttə ki, mətbuatın rolu hər kəsi maraqlandırır. Onlar məlumatı mətbuatdan əldə edirlər. Buna görə Azərbaycan da daxil olmaqla, hər bir ölkədə KİV bitərəf olmalı, operativ fəaliyyət göstərməli və insanları tam və obyektiv məlumatla təmin etməlidir. Hesab edirəm ki, biz Azərbaycanda bütün bunların tam mənası ilə şahidi oluruq”, - deyə dövlət başçısı qeyd edib. Həmçinin İ.Əliyev vurğulayıb ki, ölkə mərkəzində Azərbaycan dövləti və vətəndaşının maraqlarının durduğu müstəqil siyasət yürüdür.
“Azərbaycan müqəddəratını özü təyin edir. Hesab edirəm ki, bu, bizim ən böyük sərvətimizdir. Müstəqillik dövrü ərzində sözün əsl mənasında müstəqil siyasət yürüdürük və onun mərkəzində Azərbaycan dövləti, vətəndaşının maraqları durur. Bu maraqlar hər şeydən vacibdir, çünki milli maraqlarımız bizim üçün hər şeydən üstündür”, - deyə prezident bildirib.
F.İsazadə