Ayrı-ayrı ildönümlərlə əlaqədar və sosial-məişət problemlərinin həllinə köməklik məqsədilə birinci yarımillikdə Azərbaycanda 1,1 mindən artıq əlil və şəhid ailəsi birdəfəlik maddi yardım alıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verib.
1064 nəfər əlilliyi olan şəxs və 112 şəhid ailəsi birdəfəlik maddi yardımla təmin edilib.
Birdəfəlik yardımlar 20 Yanvar faciəsinin 25-ci ildönümü, Çernobıl AES-də baş vermiş qəzanın 29-cu ildönümü və s. ilə əlaqədar verilib.
R.Babayev