Abşeron rayonu ərazisində polis əməkdaşları tərəfindən silah-sursat aşkarlanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə günü Daxili İşlər Nazirliyindən məlumat verilib.
Zəngilan Rayon Polis Bölməsinin əməkdaşları daxil olmuş məlumat əsasında Masazır qəsəbəsində, məcburi köçükünlərin məskunlaşdığı yaşayış massivində “AKM” markalı avtomat, 3 ədəd “TOZ-8” və “Karabin” markalı tüfəng, 165 ədəd patron, 5 ədəd güllə darağı və 2 ədəd süngü-bıçaq tapıblar.
Faktla bağlı araşdırma aparılır.
C. Həmidov