Avropa İttifaqı Şurasının sədri Donald Tusk Yunanıstanda böhranın tezliklə həlli perspektivlərinə şübhə ilə yanaşır.
“Cənab prezident, mən sizin kimi nikbin deyiləm, lakin ümid edirəm ki, Yunanıstanla bağlı böyük problemi həll edə biləcəyik”, - deyə D.Tusk çərşənbə günü Bakıda prezident İlham Əliyevlə görüşdə Azərbaycan liderinin “xoşbəxtlikdən, bütün çətinliklər geridə qalıb” fikrinə cavab olaraq bildirib.
Aİ Şurasının sədri qeyd edib ki, Avropadakı problemlərlə əlaqədar Azərbaycana daha əvvəl planlaşdırılmış səfərini təxirə salmalı olmuşdu.
“Anlayışınıza görə təşəkkür edirəm, indi burada olmağıma şadam”, - deyə D.Tusk
vurğulayıb.
Y.Əliyev