Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) 2015-ci ilin yanvar-iyun aylarında 489,402 min manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Ödənişlərin 413,969 min manatı əmək haqları, 8,278 min manatı zərərə görə ödənişlər, 67,155 min manatı sosial müavinət və kompensasiyaların payına düşüb.
Hesabat dövrü ərzində işdən qeyri-qanuni şəkildə azad edilmiş 12 nəfərin yenidən öz əvvəlki işinə bərpa olunması təmin edilib.
R.Babayev